Biləsuvarda fərdi evi ildırım vurub

Xəbərlər

16.05.2025 - 22:35

Həkimlər Klinikalar SEO Xidməti

İldırım evin üstünü vuraraq dağıdıb

Biləsuvar rayonunda fərdi evi ildırım vurub. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.

İldırım düşən ev kənd sakini Nazim Adıgözəlova məxsusdur.

Ev sahibinin sözlərinə görə, ildırım əvvəl evin üstünü vuraraq dağıdıb. Sonra isə evdəki elektrik avandanlıqları və elektrik sayğacını yararsız hala salıb.

Sakinin bildirdiyinə görə, sonuncu dəfə kəndə təxminən 10 il öncə ildırım düşüb və bu, nadir hadisədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş