Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. AYNA-nın məlumatına görə, hadisə Aranlı kəndində qeydə alınıb.
Belə ki, idarəetməni itirən sürücü "Niva" markalı minik avtomobilini yolun kənarındakı kafeyə çırpıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.