Bəzi rayonlara qar yağacaq

Xəbərlər

22.04.2020 - 13:15

Həkimlər Klinikalar SEO Xidməti

Havanın temperaturu  gecə  6-9° isti, gündüz  12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5° isti olacaq

 

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında

 

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  6-9° isti, gündüz  12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş