“Bəzi NATO ölkələri Ukraynaya yardımdan imtina edə bilər”

Dünya

29.07.2024 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Oksford Universitetinin professoru Ukraynaya yardımın dayandırılacağını proqnozlaşdırıb

“Bəzi NATO ölkələri Ukraynaya yardımı və Rusiya ilə qarşıdurmanı davam etdirməkdən imtina edə bilər. AYNA xəbər verir ki, bu sözləri Oksford Universitetinin hüquq professoru Derrik Uayt “Politico” üçün yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, Amerikanın keçmiş lideri Donald Tramp seçkilərin nəticələrinə görə dövlət başçısı postuna qayıdarsa, Böyük Britaniya və NATO-nun digər Avropa üzvləri çətin seçim qarşısında qala bilərlər: ya Ukraynadakı münaqişənin Rusiyanın xeyrinə həllini qəbul edəcəklər, ya da Ukrayna lideri Volodimir Zelenskini dəstəkləyərək belə bir razılaşmanı rədd edəcəklər.

Professor qeyd edib ki, Tramp münaqişənin “eskalatorları” hesab etdiyi Ukraynaya silah verən NATO üzvlərindən ABŞ-ın müdafiə zəmanətlərini ləğv edə bilər.

“Bu cür böhran NATO-nu parçalayacaq və zəiflədəcək - o qədər ki, bəzi müttəfiqlər Rusiya Prezidenti Vladimir Putinlə qarşıdurmadan əl çəkə və Ukraynaya dəstəyini geri götürə bilər", - Uayt bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş