Bəzi marşrutlar üzrə avtobusların hərəkəti dayandırıla bilər

Xəbərlər

10.04.2020 - 17:52

Həkimlər Klinikalar SEO Xidməti

Ola bilsin ki, 24 saat xidmət göstərən ekspress xətlər fəaliyyətə başlasın

 

Bakıda xəttə 24 saat işləyəcək ekspress avtobusların buraxılması istisna edilmir. 

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

"Agentlik epidemioloji vəziyyətə, hadisələrin inkişafına uyğun fəaliyyət planları hazırlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib. Hazırda həyati əhəmiyyətli obyektlərin, xüsusilə də ərzaq mağazalarının və apteklərin gündəlik nə qədər işçilərinin işə getdiyini araşdırırıq. Ola bilsin ki, 24 saat xidmət göstərən ekspress xətlər fəaliyyətə başlasın və yaxud sərnişin az olan marşrutlar üzrə avtobusların hərəkəti dayandırılsın. Bununla bağlı yekun qərarı Operativ Qərargah verəcək", - deyə BNA sözçüsü qeyd edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş