Evin bir otağının yanar konstruksiyaları və dam örtüyü sahəsi yanıb
Beyləqanda dördotaqlı evdə yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, evin bir otağının yanar konstruksiyaları və dam örtüyü sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.