Beyləqanda avtomobil kanala düşüb, iki nəfər xəsarət alıb

Hadisə

10.08.2024 - 23:27

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki yaralı Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki 1962-ci il təvəllüdlü İsgəndərova Mehriban Yasəf qızının idarə etdiyi "Xəzər" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Hadisə nəticəsində sürücü və onun sərnişini 1948-ci il təvəllüdlü Həşimova Zəhra Murtuza qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş