"Bəyannamə Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır"

Siyasət

22.02.2022 - 21:58

Həkimlər Klinikalar SEO Xidməti

Prezident danışıqların yekununa dair mətbuat konfransında çıxış edib

"Moskva Bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çatdırır. Bu, həm böyük imtiyazdır, həm də böyük məsuliyyət. Və biz bu günə qədər uzun müddətdir ki, inadla əməkdaşlıq potensialını genişləndiririk, səmimiyyət, mehriban qonşuluq, praqmatizm və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq”.

AYNA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Azərbaycan lideri qeyd edib ki, bəyannamə ilə bağlı əməli işə cəmi bir ildən artıq vaxtdır başlanılıb. "Bu müddət ərzində hər iki ölkənin müvafiq ekspert qrupları fəaliyyətimizin demək olar ki, bütün əsas sahələrini əhatə edən 43 bənddən ibarət çox geniş sənəd üzərində razılığa gəliblər", - Dövlət başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş