Yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AYNA-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.