Almaniya XİN başçısı səlahiyyətlərini icra edən siyasətçi Ukraynaya elan olunmamış səfər edib
Almaniya xarici işlər nazirinin səlahiyyətlərini icra edən Annalena Berbok Kiyevə elan olunmamış səfər edib. Nazir Ukraynaya 130 milyon avro dəyərində yeni yardım paketinin ayrıldığını elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilən məlumatda qeyd olunub.
"Bu gün biz Ukraynaya daha 130 milyon avro humanitar yardım və vəziyyəti sabitləşdirmək üçün vəsait ayırırıq", - diplomat vurğulayıb.
Bundan əvvəl Almaniya hökumətinin sözçüsü Kristian Hofman bildirib ki, Berlin Avropa İttifaqı səviyyəsində yeni anti-Rusiya sanksiyalarının tətbiqini dəstəkləməyə davam edəcək. O, Ukraynada münaqişə başlayandan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaları “əsaslı, ağlabatan və effektiv” hesab etdiyini vurğulayıb.