Berbok: “Azərbaycan və Ermənistan sülh müqaviləsinə doğru cəsarətli yolla gedirlər”

Xəbərlər

29.02.2024 - 16:32

“Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik”

"Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik". AYNA APA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" hesabında bildirib.

"Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli və eyni zamanda çətin bir yolla gedirlər. Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Beləliklə, yaralar sağalar və insanlar sülh qazanar. O istiqamətə gedən yolda hər metr önəmlidir", - almaniyalı nazir vurğulayıb.

Xatırladaq ki, dünən və bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilir. Fevralın 28-də nazirlər arasında ikitərəfli və Almaniya XİN rəhbərinin iştirakı ilə üçtərəfli görüş baş tutub.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual