“Fransa və ya Böyük Britaniyanın Ukraynadakı münaqişə ilə bağlı sülh prosesində iştirakı zəruridir”
“ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini danışıqlarda güzəştə getməyə məcbur edə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri “The Telegraph”a açıqlamasında Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles deyib.
Sabiq nazir Avropanın nüvə dövlətlərinin - Fransa və ya Böyük Britaniyanın Ukraynadakı münaqişə ilə bağlı sülh prosesində iştirakını zəruri hesab etdiyini vurğulayıb.
Uolles qeyd edib ki, həm Tramp, həm də Putin “daim başqalarına təzyiq göstərirlər”.