Belarus Təhlükəsizlik Şurası: “Ukrayna Belarusla sərhəddəki əraziləri minalayır”
“Ukrayna Belarusla sərhəddəki ərazini minalayır”. AYNA BeLTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç “Milli Müdafiə” nəşrinə müsahibəsində deyib.
Minsk Kiyevi təxribatlarda ittiham edib: “Cənub sərhədlərində Ukrayna tərəfi istehkam avadanlıqlarının quraşdırılmasını, eləcə də ərazinin minalanmasını davam etdirir. Eyni zamanda, planlı və kortəbii təxribatlar da həyata keçirilir”.
Volfoviç vurğulayıb ki, Ukrayna tərəfi həmçinin Belarusun sərhəd infrastruktur obyektlərini məhv edir və zədələyir, ölkənin sərhədçilərinə təhqir və psixoloji təzyiq göstərir.
Onun sözlərinə görə, belə bir şəraitdə sərhəd xidməti orqanları öz vəzifələrini səmərəli şəkildə yerinə yetirirlər.