Belarus qoşunları Ukrayna ilə sərhəddə cəmlənib

Dünya

26.08.2024 - 09:07

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna XİN Belarus hakimiyyətini Moskvanın təzyiqi altında faciəvi səhvlərə yol verməməyə çağırıb

Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus təlimlər adı altında Ukrayna ilə sərhəd yaxınlığında xeyli sayda canlı qüvvə və hərbi texnika cəmləyib. AYNA xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirliyin məlumatına görə, söhbət Ukraynanın şimal sərhədləri yaxınlığındakı Qomel vilayətində Xüsusi Əməliyyat Qüvvələrinin üzvləri, tanklar, artilleriya, MLRS və hava hücumundan müdafiə qüvvələrinin toplanmasından gedir.

XİN həmçinin Belarus ərazisində “Vaqner” muzdluları da “aşkarlanıb” deyə bəyan edib.

Ukrayna XİN Belarus hakimiyyətini “Moskvanın təzyiqi altında faciəvi səhvlərə yol verməməyə”, hərbi komandanlığı isə “dost olmayan hərəkətləri” dayandırmağa və ordunu Ukrayna sərhədlərindən çıxarmağa çağırıb.

“Sərhədin pozulması halında Ukrayna özünümüdafiə tədbirləri görəcək və Belarus qoşunlarının cəmləşdiyi ərazilər Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəflərə çevriləcək”, - XİN xəbərdarlıqda qeyd edib.

“Biz vurğulayırıq ki, Ukrayna heç vaxt Belarus xalqına qarşı qeyri-dost hərəkətlər etməyib və etmək niyyətində deyil”, - bəyanatda əlavə olunub.

Avqustun 18-də Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Belarus ordusunun demək olar ki, üçdə biri Ukrayna ilə sərhədə yerləşdirilib. O, həmçinin Brestdən Qrodnoya qədər müdafiə xətlərinin formalaşması barədə məlumat verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş