Belarus hökuməti Ağdama təsərrüfat texnikası hədiyyə edib

Xəbərlər

06.05.2025 - 19:46

Həkimlər Klinikalar SEO Xidməti

Nümayiş etdirilən texnika Belarus hökuməti adından hədiyyə olunub

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında nümayiş etdirilən kommunal təsərrüfat texnikası ilə tanış olublar. AYNA.AZ xəbər verir ki, nümayiş etdirilən texnika Belarus hökuməti adından Ağdama hədiyyə olunub.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxildir.

Parkın sahəsi 190 hektardır, ərazinin 70%-dən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş