Belarus Aİ ilə bütün keçid məntəqələrində polşalılar üçün vizasız rejim tətbiq edir

Dünya

01.03.2023 - 21:21

cedabet dərman SEO Xidməti

Qərar 31 dekabr 2023-cü il tarixinə kimi qüvvədə olacaq

Polşa vətəndaşları martın 2-dən etibarən Avropa İttifaqı və Belarusun sərhədlərini istənilən keçid məntəqələrindən keçə biləcəklər.

 

AYNA-nın xəbərinə görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Belarusa vizasız gediş-gəlişə yüksək tələbatı nəzərə alaraq, ölkə rəhbərliyi Belarusun Aİ ilə sərhədindəki bütün keçid məntəqələrində Polşa vətəndaşlarına vizasız giriş icazəsi vermək qərarına gəlib”, - komitənin bəyanatında deyilir.

Bu tədbirin 2 mart 2023-cü il gecə yarısından 31 dekabr 2023-cü il tarixinə kimi qüvvədə olacağı bildirilir.

Əvvəllər Polşa vətəndaşları Belarusa Aİ ilə sərhədin yalnız Belarus-Polşa hissəsində vizasız daxil ola bilirdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş