BDU-da yeni təyinat

Xəbərlər

17.02.2020 - 11:02

Günel Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib

 

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

 

AYNA xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib. (Report)

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş