Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başlayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında Berlində görüş başlayıb. AYNA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.