Bayramov Lavrovla telefonla danışıb

Siyasət

23.06.2021 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə edib

 

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin telefon danışığı barədə məlumat yayıb.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, Ceyhun Bayramov və Sergey Lavrov bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

 

Eyni zamanda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş