Baydenin reytinqi düşüb

Dünya

26.04.2021 - 03:24

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidentinin işə başlamasının 100 günü münasibəti ilə sorğu keçirilib

 

“Washington Post” və “ABC News” ABŞ Prezidenti Co Baydenin işə başlamasının 100 günü münasibəti ilə əhali arasında sorğu keçirib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, sorğuya əsasən, dövlət başçısının reytinqi 52 faiz təşkil edib ki, bu da ABŞ prezidentləri arasında Donald Tramp (42 faiz) və Cerald Forddan (48 faiz) sonra üçüncü ən aşağı göstəricidir.

 

Qeyd olunur ki, telefon sorğusu 18-21 aprel tarixləri arasında keçirilib. Sorğuda 1007 nəfər yetkinlik yaşına çatmış respondent iştirak edib. Sorğu iki dildə - ingilis və ispan dillərində aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş