Bayden yenidən koronavirusa yoluxub: Prezident özünü təcrid edib

Dünya

18.07.2024 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

İyulun 17-də günortadan sonra Prezident həkimə yuxarı tənəffüs yolları xəstəliyinin simptomları ilə müraciət edib

ABŞ Prezidenti Co Baydenə yenidən koronavirus diaqnozu qoyulub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Piyerre deyib.

“Bu gün Las-Veqasdakı ilk tədbirdən sonra Prezident Bayden COVID-19 üçün test etdirdi. O, bir neçə dəfə peyvənd olunub və yüngül simptomları var”, - mətbuat katibi deyib.

Onun sözlərinə görə, Bayden özünü təcrid etmək üçün Delaverdəki evinə gedib, lakin bütün vəzifələrini uzaqdan yerinə yetirəcək.

Baydeni müalicə edən həkimi bildirib ki, iyulun 17-də günortadan sonra Prezident ona yuxarı tənəffüs yolları xəstəliyinin simptomları ilə müraciət edib. Xüsusilə, Prezidentdə burun axması və öskürək, həmçinin ümumi zəiflik yaranıb.

Həkimin qeyd edib ki, günə planlaşdırılan ilk tədbirdə Bayden özünü "yaxşı hiss edib", lakin vəziyyəti sonradan yaxşılaşmayıb. Buna görə də Baydendəki virusu təsdiqləyən COVID-19 testi aparılıb.

Təşkilatçılar xəstəlik səbəbiylə Bayden tərəfdarları ilə görüşməli olduğu UnidosUS konfransındakı çıxışını ləğv ediblər.

Qeyd edək ki, Bayden ilk dəfə 2022-ci ilin iyulunda koronavirusa yoluxmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş