Bayden Trampın imzaladığı 7 fərmanı ləğv edib

Dünya

15.05.2021 - 09:30

Həkimlər Klinikalar SEO Xidməti

Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarına cavab vermir

 

ABŞ Prezidenti Co Bayden Donald Trampın təsdiq etdiyi yeddi fərmanı ləğv edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.

 

Beləliklə, Tramp tərəfindən imzalanan tibbi sığorta, dotasiya, abidələrin, heykəllərin qorunması, habelə məmurların müxtəlif qayda pozduğuna görə mühakimə edilməkdən qorunması, onlayn senzuranın qarşısının alınması və s. fərmanlar artıq qüvvədən düşmüş hesab edilir.

 

Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarına cavab vermir.

 

Qeyd edək ki, ləğv edilmiş fərmanlar Tramp tərəfindən 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək müddətdə imzalanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş