Bayden Trampı qolf oynamağa dəvət edib

Dünya

31.03.2024 - 16:50

cedabet Klinikalar SEO Xidməti

Prezident qeyd edib ki, onun təklifi hələ də qüvvədədir

ABŞ Prezidenti Co Bayden ABŞ-ın keçmiş lideri Donald Trampı qolf oynamağa dəvət edib. AYNA xəbər verir ki, bu barədə Prezident “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Siyasətçi qeyd edib ki, onun təklifi hələ də qüvvədədir.

Əvvəllər bildirilirdi ki, Tramp maliyyə çatışmazlığı səbəbindən kampaniyasına biganə yanaşır, diqqətini Floridadakı Mar-a-Laqo iqamətgahında pul yığmağa və qolf oynamağa yönəldir.

Fevralda “The New York Times” yazmışdı ki, Bayden Amerikanın ən yaxşı liderləri reytinqində 14-cü yeri tutub. Prezidentlər Günündə aparılan sorğuya əsasən, onun əsas uğuru seçkidə sələfinə qalib gəlməsi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş