Məlumatda dəstək haqqında təfərrüat açıqlanmayıb
ABŞ Prezidenti Co Bayden İsrailə əlavə yardım barədə göstəriş verib. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, Bayden və vitse-prezident Kamala Harris vəziyyətlə bağlı məlumatlandırılıb və israilli tərəfdaşları ilə sıx əlaqə saxlamaq niyyətindədirlər.
Məlumatda dəstək haqqında təfərrüat açıqlanmayıb.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailin ABŞ-dan əlavə hərbi yardım tələb etdiyini bildirmişdi.
Oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrailə raket zərbələri endirib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.