Bayden: “Haniyənin öldürülməsi Qəzzanın atəşkəs səylərinə kömək etmədi”

Dünya

02.08.2024 - 11:59

cedabet dərman SEO Xidməti

Prezident bunun Qəzza zolağında atəşkəsin bağlanması səylərinə töhfə vermədiyini vurğulayıb

ABŞ Prezidenti Co Bayden Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Prezident bunun Qəzza zolağında atəşkəsin bağlanması səylərinə töhfə vermədiyini vurğulayıb.

Amerika lideri jurnalistlərin Haniyənin ölümünün anklavda atəşkəs perspektivlərini məhv etdiyinə inanıb-inanmadığı ilə bağlı sualını cavablandırıb: "Bu, kömək etmədi".

HƏMAS Siyasi Bürosunun rəhbəri iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. Fələstin hərəkatı liderlərindən birinin ölümünü təsdiqləyib, hücumu “xain” adlandırıb və buna görə “sionistləri” günahlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş