Bayden bir il əvvəl Nəsrullahın öldürülməsinin qarşısını alıb

Dünya

30.09.2024 - 08:03

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti İsrailin Baş nazirinə zəng edib və deyib ki...

ABŞ administrasiyası 2023-cü ilin oktyabrında İsrailin Livanın radikal Hizbullah hərəkatının lideri Həsən Nəsrullahı məhv etməsinə mane olub. AYNA xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Məqslədə qeyd olunub ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan dərhal sonra İsrail Müdafiə Qüvvələri (IDF) Həsən Nəsrullahı vuraraq məhv etməyi planlaşdırıb.

Materialda deyilir ki, İsrail öz planları barədə Ağ Evi məlumatlandırdıqdan sonra ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib. Bayden Baş nazirə Nəsrullahın öldürülməsinin "regional müharibənin başlanmasına səbəb olacağını" deyib və ondan zərbələr endirməməsini istəyib.

Qeyd edək ki, “ABC News” ABŞ rəsmilərinə istinadən yazır ki, İsrail əməliyyatdan bir neçə dəqiqə əvvəl Nəsrullahı məhv etmək planı ilə bağlı ABŞ-a xəbərdarlıq edib. Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin "ABŞ-ın bu regionda üzləşdiyi böyük riskləri" nəzərə alaraq bu məlumatdan "qəzəblənib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş