Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatı barədə məlumat yayıb
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.