Baş prokuror: “Ermənistan beynəlxalq konvensiyaların tələblərini daim pozub”

Xəbərlər

16.08.2024 - 12:57

cedabet dərman SEO Xidməti

“Ölkəmizə qarşı işğalçı siyasətin acı nəticələrindən biri su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsidir”

“Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub”. AYNA Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın baş prokuroru Kamran Əliyev Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

“Belə ki, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın “Su və sağlamlıq haqqında” 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub”, - deyə Kamran Əliyev vurğulayıb.

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş