Baş nazir: “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edir”

Xəbərlər

22.12.2025 - 19:22

“Marşrut həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”

“Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi sürətlə davam edir”. AYNA.AZ AQPA-ya istinadən xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Ə.Əsədov deyib ki, ilkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək.

“Sevindirici haldır ki, avqustda Qars-Naxçıvan dəmiryolu xəttinin təməli qoyuldu. Bu dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Marşrut həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”, - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş