Baş katib: “İslamofobiya faciə halına gəlib”

Xəbərlər

08.03.2024 - 17:18

cedabet dərman SEO Xidməti

"Xüsusilə qərb ölkələrində müsalmanlara qarşı ayrı-seçkilik halları özünü göstərir”

"İslamofobiya fərdi təzahürdən çıxaraq, faciə halına gəlib. Bu, böyük təhlükədir". AYNA APA-ya istinadən xəbər verir ki, bunu Dünya Müsəlmanları İcması Şurasının Baş katibi Mohamed Bechari Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.

O bu cür düşüncələrlə mübarizədə dünya təşkilarlarının aciz davrandığını əlavə edib: "Xüsusilə qərb ölkələrində müsalmanlara qarşı ayrı-seçkilik halları özünü göstərir. Qərb dini və irqi baxımdan onlarla eynilik təşkil etməyənlərə qarşı bu cür yanlış siyasət yürütməkdədir. Biz hesab edirik ki, digər dinlərə qarşı ayrı-seçkilik halları cinayət kimi qəbul edilməli, bu mənada, beynəlxalq qanun hazırlanmalıdır".

Baş katib İslamofobiya ideyasının kütləvi dəstək aldığını qeyd edib: "Bu da siyasi düşüncələrdə özünü biruzə verir. Baxmayaraq ki, çox zərərli bir düşüncədir".

Mohamed Bechari yekunda tədbirin Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş