Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb - FOTOLAR

Hadisə

09.12.2023 - 21:46

Daxili İşlər Nazirliyi oğurluq hadisəsi ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb.

DİN-dən AYNA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb.

Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb - Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş