Bank kartlarından oğurluq davam edir

Xəbərlər

08.05.2025 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”

“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

AYNA.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş