Balıq ovlamaq istəyənlərə xoş xəbər

Xəbərlər

24.08.2021 - 11:56

Tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir

 

Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr 1-də bitir.

 

AYNA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

 

A.Səmədovanın sözlərinə görə, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov qaydaları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsində (eco.gov.az) tanış ola bilərlər.

Müəllif: Ayna.az