Bakıya yenə qar yağacaq: yollar buz bağlayacaq

Xəbərlər

26.02.2025 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Hava ilə bağlı xəbərdarlıq edilib

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş