Daha bir sıra ölkə rəhbərləri İlham Əliyevi təbrik edib
Məlum olduğu kimi, dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə xarici dövlət və hökumət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən Bakıya təbrik məktubları gəlməkdə davam edir.
Bu sırada Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və digərləri Azərbaycan Prezidentini təbrik ediblər.