Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
- “20 Yanvar” dairəsində;
- Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
- Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası istiqamətində;
- Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);
- 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.