Yol kənarında 40 kvadratmetr sahədə məişət və təkər tullantıları yanıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının mərkəzində yanğınla bağlı məlumat yayıb.
FHN-dən AYNA-ya bildirilib ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində qeydə alınıb.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kvadratmetr sahədə məişət və təkər tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.