Bakının mərkəzində avtomobil yanıb

Hadisə

01.10.2025 - 10:37

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş