Bakının mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Xəbərlər

31.08.2024 - 21:57

cedabet dərman SEO Xidməti

AAYDA sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir

Sentyabrın 1-i saat 6:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq. AYNA xəbər verir ki, bu məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

"AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir", - deyə məlumatda bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş