Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib
Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində, “Köhnə hamam” kimi tanınan tikilinin içində kişi meyiti tapılıb. Bu barədə AYNA-ya hüquq mühafizə orqanlarından məlumat verilib.
Araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.