Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb
Bakıda sıxlıq yaranan yolların siyahısı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
- Tbilisi prospekti, hər iki istiqamətdə;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
- Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
- Bakı-Sumqayıt şosesi, 20 yanvar dairəsi istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Bül-Bül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.