Bakının bu küçələrində sıxlıq var - SİYAHI

Xəbərlər

04.09.2023 - 09:07

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən AYNA-ya bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

  1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
  2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən metronun “20 Yanvar” stansiyası istiqamətində;
  3. 20 Yanvar dairəsində;
  4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
  5. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
  6. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində;
  7. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası istiqamətində;
  8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);
  9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş