Sürücülərdən xahiş olunur ki, hərəkətdə olarkən diqqətli olsunlar
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyrixətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumatda sürücülərdən xahiş olunur ki, sözügedən yollarda hərəkətdə olarkən diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.