Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Cəmiyyət

04.02.2021 - 19:14

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

 

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən 2 gün (şənbə və bazar) müddətində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.

 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş