Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib

Xəbərlər

15.04.2026 - 10:53

Sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi saatda 20 kilometrə, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometrə endirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş