Bakının bəzi ərazilərində qazın verilişində fasilə yaranıb

Xəbərlər

03.02.2021 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılır

 

Paytaxt Bakının bəzi ərazilərinin təbii qaz təchizatında fasilə yaranıb. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, fevralın 3-də "Qaz İxrac" İdarəsinin “Digah-Böyükşor” magistral qaz kəmərinin 6,4-cü kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılır. İşlər başa çatanadək Xətai rayonunun Babək, Xocalı, Nobel prospektləri, Y.Səfərov, F.Bayramov, S.Vəzirov, M.Mehdizade, İ.Orucova küçələri, NZS qəsəbəsi, UPD yaşayış massivi, Əhmədli kəndi və digər bir neçə yaşayış məntəqəsində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş