“BakıKart”ın balansını onlayn artırmaq mümkün olacaq

Xəbərlər

12.01.2021 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

Layihənin nə zaman başa çatacağı hələ məlum deyil

 

Bakı Nəqliyyat Agentliyi (BNA) “BakıKart” ödəniş kartlarının balansının nağdsız üsulla artırılması imkanlarının reallaşdırılması üzrə işləri davam etdirir. Bu barədə AYNA-ya BNA-dan bildirilib.

 

Qeyd olunub ki, bu istiqamətdə işlər 2020-ci ildə başlayıb, layihənin nə zaman başa çatacağı hələ məlum deyil.

 

“Azərbaycanın Türkiyədən idxal edəcəyi yeni 320 avtobusda kartla ödəniş tətbiq olunacaq. Bundan başqa, nağd ödənişin tətbiq olunduğu bir sıra avtobus marşrutlarını da təmassız ödəniş sisteminə keçirmək planlaşdırılır”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş