Bakıda yol qəzasında iki qardaş xəsarət alıb

Hadisə

04.09.2024 - 09:23

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın məlumatına görə, hərəkətdə olan avtomobil idarəetmədəm çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlər 2016-cı il təvəllüdlü H.N və onun qardaşı, 2018-ci il təvəllüdlü H.Ə xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Sürücünün ifadəsinə görə, avtomobilin əyləc sistemində yaranan problemə görə qəza baş verib. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş