Bakıda yol polisinə silahlı hücum – <font color=red> VİDEO</font>

Hadisə

31.01.2020 - 16:29

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs zərərsizləşdirilərək istintaq orqanlarına təhvil verilib

 

Bıçaqlı şəxs yol polisi əməkdaşına hücum edib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda deyilir:

 

“31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində, qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxalanılan “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq, əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib. Lakin YPX inspektoru, polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş