Bakıda yeniyetmə itkin düşüb - <font color=red> FOTO</font>

Xəbərlər

09.02.2021 - 11:45

Həkimlər Klinikalar SEO Xidməti

Yeniyetmənin sol qolunun aşağı hissəsində kəsilmiş yara-çapıq izi var

 

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2005-ci il təvəllüdlü Elcan Dəmirov fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.  AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, o, evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkcə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub.

 

Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.

 

Şəkildəki yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş